Ağsuda yanğın hadisəsi  olub

Ağsuda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Ağsu rayonu, Gürcüvan kəndində vətəndaşa məxsus “URAL” markalı yük avtomobilinin yanar hissələri, avtomobilin banına yığılmış 3 ton ot bağlamasının 2 tonu, yaxınlıqda olan digər vətəndaşa məxsus ümumi sahəsi 39 m2 olan tövlənin yanar konstruksiyaları, və ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın söndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə