Beyləqanda minik maşını ilə “Traktor” toqquşub

Beyləqanda minik maşını ilə “Traktor” toqquşub

Beyləqan rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, 16 sentyabr 2010 Sentyabrın 16-da saat 00.30 radələrində Beyləqan rayon ərazisində Füzuli rayon sakini Hacı Hacıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla İmişli rayon sakini Hümbət Kazımovun idarə etdiyi "T-28" markalı traktor toqquşub. Nəticədə H.Hacıyev hadisə yerində ölüb.

 

Hazırda faktla bağlı, Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə