Bu gün 280 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 452 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
SİA-nın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib ki, 264 kq 997,22 qr marixuana, 49 kq 773, 026 qr heroin, 116 kq 287,118 qr tiryək, 16 kq 232,41 qr həşiş qətranı,39,583 qr kokain, 5 kq 62,68 qr xaş-xaş kütləsi, 2979 ədəd psixotrop maddə və 8703 ədəd çətənə bitkiləri yandırılıb.
Müsadirə edilmiş və yandırılmış müxtəlif növ narkotik vasitələrin "qara bazar"da ümumi dəyəri 12 milyon manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB