Dənizdə batmış şəxsin cəsədi tapılıb

Dənizdə batmış şəxsin cəsədi tapılıb

İyulun 4-də Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batmış 1996-cı il təvəllüdlü Orxan Eldar oğlu Məmmədovun cəsədi tapılıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılan cəsəd aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 06:40-da başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə