Tələbə faciəli şəkildə öldü

Tələbə faciəli şəkildə öldü

Bakının Nəsimi rayonunda ölüm hadisəsi baş verib. SİA-nın xəbərinə görə, Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə müəyyən edilib.

Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan S.Mehdiyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S. Mehdiyev Memarlıq və İnşaat Universitetinin 205 a8-ci qrupunda təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə