3 nəfər civədən zəhərləndi

Gəncə şəhərində 1965-ci il təvəllüdlü Nailə Məmmədova, onun oğlu 1993-cü il təvəllüdlü Ehtiram Məmmədov, 1980-ci il təvəllüdlü Anar Paşayev civədən zəhərlənib.

Gəncə çəhər Təcili Tibbi Yardım Stansiyasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, vəziyyətləri ağır olan şəxslər reanimasiya şöbəsinə yerləşdirilib.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə