Xəzərdə batan var
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xızı rayonu, Şurabad qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. SİA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə