Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib. "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər yaralanıb. Bu barədə Tatarıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"RİA Novosti" xəbər verir ki, hadisə Tatarıstanın Zainsk şəhərindən 9 kilometr məsafədə baş verib. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra yanmağa başlayıb.
Avtobusun Samara-İjevsk marşrutu ilə hərəkət etdiyi bildirilir. Yaralılar Zainsk rayonunun mərkəzi xəstəxanasına çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB