Güclü yanğın bir ailəni evsiz qoydu

Güclü yanğın bir ailəni evsiz qoydu

Sumqayıtda ikimərtəbəli yaşayış binasında yanğın olub. Hadisə zamanı iki nəfər yanıq xəsarətləri alıb. Onlardan birinin vəziyyəti ağırdır. Ağstafada isə traktorun qoşqusunda olan ot yanıb. Güclü yanğın bir ailəni evsiz qoydu, bir nəfər isə ağır yaralandı.

Hadisə Sumqayıtda olub. Ümumi sahəsi 720 kvadratmetr olan ikimərtəbəli taxta konstruksiyalı yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus mənzilin bir otağı və dəhlizin yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb. 8 nəfər bina sakini dərhal əraziyə gələn yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğında 53 yaşlı Təranə Mirzəyeva ağır yanıq xəsarətləri alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Evdə olan azyaşlı qız isə yüngül yanıq xəsarətləri alıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş vermiş qısaqapanmadan səbəb olub.

Ağstafada isə traktor yanıb. Köçəsgər kəndində Zamiq Mustafayev traktorla ot bağlaması apararkən nəqliyyat vasitəsinin qoşqusunda qəfil alov başlayıb. Nəticədə qoşquda olan 2 ton ot yanıb. Hadisə yerinə dərhal yanğınsöndürən briqada çağırılıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb, traktor və qoşqu yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə