Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin sol qabaq oturacağının söykənəcək hissəsinin içərisində gömrük nəzarətindən gizlədilən müxtəlif forma və çəkidə cəmi 23 ədəd olmaqla, ümumi çəkisi 4,8 kq olan gümüş predmetlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB