Bakıda sakinlərə bomba həyəcanı yaşadan şəxsin ruhi xəstə olduğu məlum olub

Bakıda sakinlərə bomba həyəcanı yaşadan şəxsin ruhi xəstə olduğu məlum olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kamal Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

SİA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. K.Mikayılov özünü ittihamlarla təqsirli bilməyib.

Məhkəmədə məlum olub ki, K.Mikaylov ruhi xəstədir və hazırda 2 saylı Klinik Psixatriya Xəstəxanasında qeydiyyatdadır.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

Qeyd edək ki, K. Mikayılov ötən il oktyabrın 14-də Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək, Bakı şəhəri, Səbail Rayonu Xəqani küçəsində yerləşən 4 binanın altına "geksoken" adlı partlayıcı maddə yerləşdirdiyini, eyni zamanda Moskva şəhərində də metronu partladacağını deyib.

Həbs edilən K.Mikayılova qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə