Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Bakı-Qazax avtomobil yolunun 258-ci kilometrliyində 61-BF-554 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik avtomobili yolu keçən piyada, Ağdaş sakini, 1953-cü il təvəllüdlü Abdullayev Nizam Məcid oğlunu vurub.
O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB