İmişlidə yanğın olub

İmişli rayonu, Muradalı kəndində yanğın qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İmişli rayonu, Muradalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03.34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə