Göygöldə mənzildən oğurluq edən şəxs həbs olunub. SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, 47 yaşlı İttifaq İsmayılov Üçtəpə kənd sakini Fəridə Ələsgərovanın evinin qarət edilməsində təqsirli bilinir. Saxlanılan şəxs ona qarşı irəli sürülən ittihamı qəbul edib.
Bildirib ki, hadisəni törətdiyi zaman içkili olub. İlkin məlumatlara görə o, evdən dəyəri 1650 manat olan məişət əşyaları aparıb.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir
Müəllif:İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB