Bakıda sexdə yanğın olub

Bu gün Bakıda yanğın olub.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan rəngləmə sexinin yanar kontruksiyaları 20 m2 sahədə və içərisində olan 9 ədəd 50 litrlik oksigen balonları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə