Atasını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Atasını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Laçın Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

SİA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası, 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlunu 20 bıçaq zərbəsi ilə qətlə yetirib. Məlumata görə, M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

L.Novruzov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə