Qaradağ rayonunda ev yanıb

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə