Suraxanıda 4 otaqlı evdə yanğın olub

Suraxanıda 4 otaqlı evdə yanğın olub

Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd “Samsung” markalı kondisioner yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın dünən axşam saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə