Saatlıda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib
Saatlıda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dünən Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində qeydə alınınb. "Shachman" markalı avtomobil velosipedlə hərəkətdə olan 1993-cü il təvəllüdlü Əliyev Emin Asif oğlunu vurub.
E. Əliyev hadisə yerində ölüb. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB