Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı 16 ədəd ev quşu yanaraq, tələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB