Lənkəranda 2 “Mercedes” toqquşub

Lənkəranda 2 “Mercedes” toqquşub

Sentyabrın 14-də, təqribən saat 21.00 radələrində Lənkəran şəhərinin Mirmustafaxan və Zərifə Əliyeva küçələrinin kəsişdiyi ərazidə yol qəza hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, 30 yaşlı Lənkəran şəhər sakini Baxşıyev Şamil Əlizadə oğlunun idarə etdiyi "Mercedes 320" markalı avtomobil digər bir "Mercedes 180" markalı avtomobillə toqquşub (Merseders 180- ın sürücüsü qaçdığı üçün onun kimliyini müəyyən etmək olmayıb).

"Merseders 180"in sərnişini, 57 yaşlı Cəlilabad rayonunun, Göytəpə şəhər sakini Səfərov Fəxrəddin Nəsir oğlu aldığı xəsarətlərlə dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın qəbul şöbəsinin həkimi Telman Xurşudovun verdiyi məlumata görə, yaralı alın nahiyəsinin didilmiş, cırılmış yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Hazırda rayon Polis Şöbəsində qəzanı törədən sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Faktla bağlı araşdırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə