Yevlax sakini əl qumbarasının partlaması nəticəsində ölüb

Yevlax sakini əl qumbarasının partlaması nəticəsində ölüb

Yevlax sakini əl qumbarasının partlaması nəticəsində ölüb. Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə