Qeyri-rəsmi nikahda yaşadığı qadını öldürdü

Qeyri-rəsmi nikahda yaşadığı qadını öldürdü

Daşkəsən rayonun Şahvələdli kəndində ana və onun 20 günlük körpəsi öldürülüb. 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov qeyri-rəsmi nikahda yaşadığı Kəmalə Məmmədovanı və 20 günlük körpəsini qətlə yetirib.

Daşkəsən rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Rafiq Ələkbərov axtarılır.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə