Ağdaş sakini yol qəzasında ölüb

Ağdaş sakini yol qəzasında ölüb

Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 422-ci kilometrliyində, Tovuz rayonu Əyyublu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil, yolu keçmək istəyən Ağdaş rayon sakini 1960-cı il təvəllüdlü Ceyran adlı qadını vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə