Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, Bakı vaxtı ilə 16:05-də qeydə alınan zəlzələ hiss edilməyib. Yeraltı təkanın dərinliyi 60 km, maqnitudası 4 olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə