Bakının Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səhər saat 06.00 radələrində Bakının Nizami rayonu ərazisində Xırdalan şəhər sakini Azər Mayılov "QAZel" markalı avtomaşını idarə edərkən Şəki şəhər sakini Məmməd Xəlilovu vurmub.
Nəticədə M.Xəlilov aldığı xəsarətdən hadisə yerində ölüb. Hazırda faktla bağlı Nizami RPİ tərəfindən araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB