Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sentyabrın 14-də saat 00.30 radələrində Quba rayonu ərazisində, rayon sakini Bəhrəm Əliyev "Mercedes" markalı avtomaşını idarə edərkən rayon sakini İmran Əliyevi vurub. Bundan sonra sürücü idarəetməni itirərək avtomaşını aşırıb.
Nəticədə İ.Əliyev hadisə yeridə ölüb, xəsarət alan B.Əliyev isə xəstəxanaya yerləşdirilib. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB