Salyanda 4 otaqlı ev yanıb

Dünən Salyanda yanğın qeydə alınıb. Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Salyan rayonu, Boranıkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 m2 olan birmərtəbəli 4 otaqlı qamışdan ibarət evin 3 otağının yanar konstruksiyaları 119 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə