Gədəbəy sakini qayadan yıxılıb

Gədəbəy sakini qayadan yıxılıb

Gədəbəy sakini xəsarətlə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Nağılar kənd sakini 1965-i il təvəllüdlü Ələkbərov Firudin Həbib oğlu qarının kəsilmiş-deşilmiş yarası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F. Ələkbərov əməliyyat olunub, vəziyyəti orta-ağırdır. O, Gədəbəy rayonunda qayalıqdan yıxılaraq xəsarət aldığını bildirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə