Daşkəsəndə 2 avtomobil toqquşub

Daşkəsəndə 2 avtomobil toqquşub

Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən Daşkəsən Gəncə avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Rayon sakini 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğlunun idarə etdiyi “Hyunday” markalı avtomobillə rayon sakini 1957-ci il təvəllüdlü Həsənov Ziyadxan Yəhya oğlunun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir. F. Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin sədridir.

Bütün xəbərlər Facebook səhifəmizdə