Şabranda yanğın qeydə alınıb.
3 otaqlı evdə yanğın
Şabranda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə , Şabran rayonu, Leyti kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə