Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakinləri Kamal Hüseynovdan 2 kiloqram 349,9 qram, Sadiq Şabanovdan 31,52 qram marixuana aşkar edilərək götürülüb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Həmid Əliyevdən 720 qram marixuana götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB