Kürdəmir rayonunun Cəyli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyunun 16-da saat 17 radələrində Kürdəmir rayonunun Cəyli kəndində Ağsu rayon sakini Hilal Quluzadə idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı xəndəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB