Biləsuvarda yanğın olub: uşaq ölüb, ananın vəziyyəti ağırdır

Biləsuvarda yanğın olub:  uşaq ölüb, ananın vəziyyəti ağırdır

Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə