Avtobus aşdı 11 həmyerlimiz yaralandı

Avtobus aşdı 11 həmyerlimiz yaralandı

Nijni Novqorod-Bakı marşrutu üzrə hərəkətdə olan mikroavtobusun Kalmıkiya ərazisində qəzaya uğraması nəticəsində xəsarət alanların hamısı Azərbaycan vətəndaşıdır. Bu barədə RİA "Novosti"-yə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.

"Hadisə nəticəsində 7-si uşaq olmaqla, 11 nəfər xəsarət alıb. Onların hamısı Komsomolski qəsəbəsində xəstəxanaya yerləşdirilib. Mikroavtobusda 17 nəfər olub, onlardan 9-u uşaqdır. Sərnişinlərin hamısı Azərbaycan vətəndaşlarıdır”, - deyə Mərkəzdən bildiriblər.
Məlumatda o da qeyd olunub ki, xəsarət alanlar arasında ağır vəziyyətdə olan yoxdur.
Qəza zamanı yanğın baş verməyib, yolda avtomobillərin hərəkətinə maneə yaranmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə