Azərbaycanda zəlzələ olub

Lerikdə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 15:13-də Lerikdən 21 km şimal-şərqdə, Lerik ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.2, dərinlik 24 km olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə