Sumqayıtda yanğın olub

Sumqayıtda yaşayış binasına bitişik tikilmiş mağazanın xarici divarına quraşdırılmış elektrik lövhəsində 6 ədəd sayğac və 60 p.m elektrik kabeli yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, mağaza yanğından mühafizə olunub.

Yanğın saat 22:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə