Türkiyədə ağır yol qəzası: 2 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası: 2 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyənin Mardin vilayətinin Artuklu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rəsmi məlumata görə, betondaşıyan yük maşınının sürücüsünün idarəetməni itirərək qarşı yola çıxması və mikroavtobus ilə minik maşınını vurması nəticəsində 2 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Mardin xəstəxanasına çatdırılan yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə