Diqqətsiz sürücünün həyatını elektrik dirəyi alıb

Qax rayonu ərazisində yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 12-də saat 11.00 radələrində Qax rayonunun Qum kəndi ərazisində, kənd sakini Tağı Lətifov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu elektrik dirəyinə vurub. Nəticədə T.Lətifov hadisə yerində ölüb.

 

Daha bir yol qəzası Goranboy rayonu ərazisində baş verib. Burada diqqətsiz sürücünün həyatını elektrik dirəyi yox, ağac alıb. Belə ki, sentyabrın 12-də saat 19.00 radələrində Goranboy rayonu ərazisində, Qaraçinar kənd sakini Mərifət Əsədov "BMW" markalı avtomaşını idarə edərkən onu ağaca vurub. Nəticədə M.Əsədov hadisə yerində ölüb, xəsarət alan sərnişinləri, həmkəndlisi Cəfər İsmayılov və Ağadadaş Salmanov isə xəstəxanaya yerləşdiriliblər. Hazırda hər iki hadisə RPŞ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, ötən gün ərzində Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə