Paytaxtda yanğın hadisəsi olub

Bakıda yanğın hadisəsi qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan mağazanın yanar konstruksiyaları yanıb.

Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə