Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən iyunun 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 933 ədəd qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat (PHS) aşkarlanmayıb. Ümumilikdə 26 min 207 kvadratmetr ərazi tam təmizlənib, 9100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizlənməsi üçün hazırlanıb.
ANAMA-dan SİA-ya bildirilib ki, 108 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun çəkildiyi əraziyə baxış keçirilib. Nəticədə 119 min 404 ədəd qəlpə, 72 PHS (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832)), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı, 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 140 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası) və 109 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkarlanaraq zərərsizləşdirilib.
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 534 min 285 kvadratmetr ərazi tam təmizlənib, həmçinin 1 milyon 394 min 40 kvadratmetr ərazi xüsusi mexaniki vasitələrlə təmizləmə işinin aparılması üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Təmizləmə əməliyyatlarının iyunun sonunadək tamamlanması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB