Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 azyaşlının çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB