Göyçayda yol qəzası: 2 nəfər ölüb

Göyçayda yol qəzası: 2 nəfər ölüb

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb.

“Mersedes” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. Göyçay rayonu Ərəbşahverdi kənd sakini, 1990-cı il təvəllüdlü Rüstəmov Elman Şükür oğlu hadisə yerində, 1980-ci il təvəllüdlü Şıxıyev Zaur Tehmiraz oğlu isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Rayonun Mallı-şıxlı kənd sakini, 1996-cı il təvəllüdlü Məcidov Sənan Əhliman oğlu ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə