Taksi divara çırpıldı

Gəncə şəhərində yol qəzası baş verib. 1988-ci il təvəllüdlü Elçin Quliyev idarə etdiyi “VAZ 21 07” markalı avtomobili idarə edərkən qəza törədib. Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarəetməni itirərək divara çırpılıb.

Gəncə Şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, o dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə