Tovuzda zəhərlənmə olub

Tovuzda zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1992-cı il təvəllüdlü Əliyeva Tünzalə kimyəvi maddədən zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə qadın zərərvericilər əleyhinə istifadə olunan pestisid içərək zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə