Gəncə sakini ehtiyatsızlıq ucbatından həyatını itirdi

Gəncə sakini ehtiyatsızlıq ucbatından həyatını itirdi

Gəncə şəhər sakini ehtiyatsızlıq nəticəsində yıxılaraq ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Şəhər sakini, Quliyev Vaqif ehtiyatsızlıq nəticəsində yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Təxminən 50 yaşı olan kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə