Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Şammədov Bilal “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2006-cı il təvəllüdlü İsmayılov Sübhan Mehman oğlunu vurub. 11 yaşlı uşaq hadisə yerində keçinib. Faktla bağlı Samux rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB