Qətl törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini tutulub

Qətl törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini tutulub

Pirallahı qəsəbə sakini Nəsir Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən Lənkəran rayon sakini Zahid Məmiyev tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə