Gəncə sakinindən 9 kq narkotik tapıldı

Gəncə sakinindən 9 kq narkotik tapıldı

Gəncə şəhərində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı uğurlu əməliyyat tədbiri keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər sakini əvvəllər məhkum olunan Arzu Qasımov 9 kiloqram marixuananı 4000 manata satarkən tutulub.

Polis həmin şəxs ətrafında istintaq tədbirlərini davam etdirir.

Belə ki, Arzu Qasımovun narkotik maddəni kimdən və ya kimlərdən aldığı araşdırılır.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə