Polis narkotik tutdu 8 kiloqram

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Ələddin Əliyevdən 1 kiloqram 60,562 qram heroin və 23,192 qram metafetamin götürülüb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları isə Zaqatala rayon sakini Əhməd Paşayevdən 7 kiloqram 400 qram marixuana götürüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə